"Tottenhem" və "Arsenal"ın oyunlarının yeri dəyişdirildi

13 Fevral 2021 12:22

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin iki oyununun yerini dəyişdirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Volfsberger" (Avstriya) - "Tottenhem" (İngiltərə) ilk görüşü Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da, "Arsenal" (İngiltərə) - "Benfika" (Portuqaliya) cavab matçı isə Yunanıstanda "Georgios Karaiskakis" stadionunda oynanılacaq.

Bu qərarların verilməsinə koronavirus pandemiyasına görə tətbiq olunan karantin qaydaları və məhdudiyyətlər səbəb olub.

Qeyd edək ki, "Volfsberger"  - "Tottenhem" oyunu fevralın 18-i Avstriyada, "Arsenal"  - "Benfika" qarşılaşması isə fevralın 25-i İngiltərədə oynanılmalı idi.

Milli.Az