İdman

"Qarabağ"ın sabiq futbolçusu Danimarka klubunda

1 Fevral 2021 17:33
Baxış: 773
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın sabiq futbolçusu Ailton Silvanın yeni klubu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi Danimarkanın "Midtüllan" klubunda çıxış edəcək. Müqavilə ilə Almaniyanın "Ştutqart" klubuna məxsus olan braziliyalı futbolçu yeni komandasında mövsümün sonunadək icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, 2019/2020 mövsümündə "Qarabağ"da icarə əsasında oynamış Ailton Silva 2015/2016 mövsümündə "Neftçi"də çıxış edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.