İdman

“Kiçik bir peşmanlığım var” - Cerrard

31 Yanvar 2021 17:36
Baxış: 1 173
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Liverpul"un əfsanəvi futbolçularından olmuş Stiven Cerrard ABŞ-a transfer olmazdan əvvəl klubun ona təklif etdiyi 1 illik müqaviləni imzalamaqdan imtina etməsindən peşman olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, "Daily Mail" nəşrinə müsahibəsində deyib: "Həmin müqaviləni imzalasaydım, bəlkə də Yurgen Kloppun komandasında az da olsa oynamaq imkanım yaranardı və zəfərlərin iştirakçısı olardım".

"Kiçik bir peşmanlığım var" deyən Cerrard klubun ona etdiyi yaxşıları heç vaxt unutmayacağını söyləyib.

Qeyd edək ki, Cerrard 2017-ci ildə karyerasını başa vuraraq məşqçiliyə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.