İdman

“Atletiko” “Fluminense”nin futbolçusunu alıb

28 Yanvar 2021 08:28
Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyanın "Fluminense" klubunun futbolçusu Markos Paulo karyerasını İspaniyada davam etdirəcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, gənc yarımmüdafiəçi "Atletiko" ilə anlaşıb.

Klublar 20 yaşlı oyunçunun transferi barədə razılığa gəliblər. Ancaq keçid mövsümün sonunda reallaşacaq. Paulo "Atletiko" ilə 5 illik müqavilə imzalayacaq. Yarımmüdafiəçinin "Fluminense" ilə müqavilə müddəti yaya qədər olsa da, madridlilər qarşı tərəfə müəyyən məbləğdə ödəniş edəcək.

Qeyd edək ki, Braziliya ilə yanaşı, Portuqaliya vətəndaşlığı olan Markos Paulo 2019-cu ildən "Fluminense"nin əsas komandasında çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.