İdman

Fransada idmançılar üçün xüsusi tibbi maskalar hazırlanıb

25 Yanvar 2021 14:27
Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın İdman Nazirliyi və Səhiyyə Nazirliyi idmançılar üçün nəzərdə tutulmuş xüsusi tibbi maskanın hazırlanması layihəsini başa çatdırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, maskanın hazırlanması üzrə işlər ötən ilin iyunundan aparılırdı.

Çoxtəbəqəli və yumşaq parçadan hazırlanan maska intensiv nəfəs alarkən belə dodaqlara toxunmur. Mütəxəssislər bu maska ilə qaçmağın rahat olduğunu bildirib.

Qeyd olunur ki, xüsusi maskalar sakinlərə açıq havada idmanla məşğul olmağa kömək edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.