İdman

Robert Levandovski daha bir rekord vurub

24 Yanvar 2021 23:27
Baxış: 1 117
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski daha bir rekorda imza atıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, polşalı hücumçu Bundesliqada ardıcıl 8 səfər oyununda qol vuran ilk futbolçu olub.

Robert seriyasını "Şalke" ilə matçda 8-ə çatdırıb. O, 4:0 hesablı səfər qələbəsinə 1 qolla töhfə verib.

Qeyd edək ki, Levandovski 17 turdan sonra 23 qolla bombardirlər yarışının lideridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.