İdman

“Həmişə assist kralı kimi xatırlanacaqsan” – Özillə vidalaşdı

19 Yanvar 2021 08:21
Baxış: 1 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Arsenal" klubunun futbolçusu Şkodran Mustafi Türkiyə "Fənərbaxça"sı ilə anlaşan Məsut Özillə vidalaşıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Almaniya millisinin sabiq futbolçusu həm yığma, həm klubdakı keçmiş komanda yoldaşı ilə şəklini paylaşıb.

Mustafi Özilə uğurlar arzulamaqla yanaşı onu assist kralı da adlandırıb: "Qardaş, sən meydanda və ondan kənarda ən qeyri-eqoist oyunçu oldun. Sən həmişə assist kralı kimi xatırlanacaqsan. Təəssüf ki, biz komanda olaraq sənə lazım olanda kömək edə bilmədik. Sənə uğurlar arzulayıram".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.