İdman

“Bir dəqiqəlik sükut olmasaydı, mərmi düz yanımıza düşəcəkdi”

18 Yanvar 2021 17:27
Baxış: 1 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad etməklə Azərbaycanı sevincə qərq etdi. Bu uğurda şəhid olan igid qəhrəmanlarımızın qanı yerdə qalmadı.

Milli.Az bildirir ki, bunu apasport.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu, Azərbaycan çempionatları tarixində ilk qolun müəllifi olan Mehman Alışanov deyib.

Birinci Vətən müharibəsi zamanı Ağdam klubunun şərəfini qorumuş 51 yaşlı mütəxəssis 1992/93 mövsümündə yaşanmış hadisələrdən bəhs edib. Sabiq yarımmüdafiəçi başlarına gələn bir hadisəni də bölüşüb: "O vaxt "Qarabağ"ın bazası "İmarət" stadionunda, meydançaya yaxın yerdə idi. Dəmir arakəsmə var idi. Oyunların birində hər iki komanda və hakimlər tribunaya yaxın yerdə düzülmüşdük. Matçdan əvvəl kimisə bir dəqiqəlik sükutla yad edirdik. Elə həmin anda mərmi düz stadionun ortasına düşdü. Bir neçə saniyə sonra birini də bazaya atdılar. Yəni bir dəqiqəlik sükut olmasaydı, həmin vaxt meydançada olacaqdıq, mərmi düz yanımıza düşəcəkdi, böyük faciə yaşanacaqdı. Hərə bir tərəfə qaçdı. Amma yenidən yığışıb oyunu keçirdik".

Alışanov o dönəmdə ermənilərin qəsdən oyunlar zamanı "İmarət" ətrafına bombalar yağdırdığını söyləyib: "Mingəçevirdə qalırdıq, matçlar zamanı Ağdama gedirdik. Ermənilər sanki oyunlarımızın vaxtını bilirdilər. Tərslikdən hər dəfə görüş zamanı bombalayırdılar. Rəqib komandalar bir az təşviş keçirirdilər, amma biz artıq öyrəşmişdik, qorxu da qalmamışdı".

Qeyd edək ki, sentyabrın 27-dən noyabrın 10-dək çəkən ikinci Vətən müharibəsində Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.