İdman

Marselino Toral tarixə düşdü

18 Yanvar 2021 13:29
Baxış: 598
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Atletik"in baş məşqçisi Marselino Toral tarixə düşüb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 56 yaşlı mütəxəssis Superkubokun finalında "Barselona"ya qalib gələrək buna nail olub.

Onun rəhbərlik etdiyi komanda həlledici qarşılaşmada kataloniyalıları 3:2 hesabı ilə məğlub edib. Marselinonun başçılığı altında 2019-cu ildə "Valensiya" İspaniya kubokunun finalında "Barselona"nı qalib gəlməyi bacarıb. Bununla ispaniyalı ardıcıl iki finalda "Barselona"nı məğlub edən ilk məşqçi olub.

Qeyd edək ki, "Atletik" yarımfinalda İspaniyanın digər nəhəngi "Real"ı mübarizədən kənarlaşdırıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.