İdman

“Mançester Siti” De Brüynenin maaşını azaldır - Messiyə görə

6 Yanvar 2021 18:34
Baxış: 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti" futbolçusu Kevin de Brüyne ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yeni sözləşməyə əsasən, 29 yaşlı yarımmüdafiəçi əvvəlkindən daha az maaş alacaq. Bu isə "Barselona"nın kapitanı Lionel Messinin mümkün transferi ilə əlaqədardır.  "Şəhərlilər" 33 yaşlı argentinalınının mövsümün sonunda keçidini reallaşdırmaq istədiyi üçün de Brüyneyə daha çox məvacib xərcləmək niyyətində deyil.

Qeyd edək ki, De Brüyne bu mövsüm Premyer Liqada 14 oyuna çıxaraq, 3 qol vurub və 8 qolun ötürməsini verib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.