İdman

Dünya çempionatını 7 hakim idarə edəcək

5 Yanvar 2021 16:57
Baxış: 667
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qətərdə keçiriləcək klublararası dünya çempionatının oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, koronavirus pandemiyası üzündən 2020-ci ilin dekabrından 2021-ci ilə təxirə salınan mundialın matçlarını 7 baş hakim idarə edəcək.

Fevralın 1-dən 11-dək keçiriləcək turnirdə Cənubi Amerika 2, digər qitələr bir referi ilə təmsil olunacaq. Bunlar Mohammaed Abdulla Mohammed (BƏƏ), Maquet Ndyaie (Seneqal), Mario Eskobar (Qvatemala), Edina Alves Batista (Braziliya), Leodan Qonzalez (Uruqvay), Abdelkader Zitouni (Taiti) və Danni Makkeliedir (Niderland).

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.