İdman

Şevçenko "Çelsi"ni çalışdıra bilər

5 Yanvar 2021 14:39
Baxış: 797
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko "Çelsi"ni çalışdıra bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi baş məşqçisi Frenk Lempardla yolları ayırsa, klub rəhbəri Roman Abramoviçin yüksək dəyər verdiyi Şevçenko komandaya gətiriləcək.

Andrey Şevçenko futbolçu olduğu vaxt - 2006 - 2008-ci illərdə "Çelsi"də çıxış edib.

Qeyd edək ki, "zadəganlar" Lempardın rəhbərliyi ilə son 6 matçda 1 qələbə qazana bilib. Britaniya mətbuatında Lempardın istefaya göndəriləcəyi haqda xəbərlər yayılıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.