İdman

Teymur Rəcəbov erməni rəqibini məğlub etdi, turnirin qalibi oldu

3 Yanvar 2021 20:58
Baxış: 2 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Champions Chess Tour" çərçivəsində onlayn keçirilən "Airthings Masters" turnirinin final mərhələsinin 4 partiyadan ibarət ilk matçında ermənistanlı Levon Aronyanla mübarizə aparıb.

Milli.Az bildirir ki, birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən şahmatçımız dördüncü partiyada rəqibini məğlub edib (2,5:1,5). Finalın ikinci qarşılaşması bu gün keçirildi. Şahmatçımız 3 görüşdən sonra (0,5:0,5, 1:0, 0,5:0,5) ikinci qələbəni əldə edib. 4-cü görüşün heç bir əhəmiyyəti qalmadığından oynanılmayıb. 

Xatırladaq ki, turnirin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran şahmatçımız dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.

Turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazandı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.