İdman

"Mançester Siti" məşqlərlə bağlı qərar verdi

1 Yanvar 2021 00:22
Baxış: 1 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti" komandada çox sayda koronvirusa yoluxma halları olmasına baxmayaraq, məşqləri bərpa edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

"Komanda koronavirüs üçün növbəti testdən keçib, yeni bir yoluxma halı aşkar edilməyib. Təhlükəsizlik bizim prioritetimizdir. Klub böyük ehtiyatla hərəkət edir" - deyə klubun bəyanatında bildirilir.

Qeyd edək ki, "Mançester Siti"də 5-i futbolçu olmaqla, ümumilikdə 7 nəfərdə koronavirus aşkarlanıb. Klubun Premyer Liqada "Çelsi", Liqa Kubokunda "Mançester Yunayted"lə görüşlərinin təxirə salına biləcəyi vurğulanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.