İdman

“Qarabağ”, “Neftçi”, “Qəbələ”.... - Avropanın son onilliyinin reytinqində

23 Dekabr 2020 16:04
Baxış: 1 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA reytinqində son 10 ilin ən yaxşı klubları müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "Real" onilliyin ən yaxşısıdır.

İspaniya nəhənginin 362 xalı var. Almaniya "Bavariya"sı 317 xalla ikincidir. Digər ispan klubu "Barselona" 3-cü yerdə qərarlaşıb - 300 xal.

Ən yaxşı Azərbaycan təmsilçisi "Qarabağ"dır. Son illərin dəyişməz çempionu və qrup mərhələsinin daimi iştirakçısına çevrilən Ağdam klubu 31,500 xalla 104-cüdür.

Qurban Qurbanovun yetirmələri "Sampdoriya", "Torino" (hər ikisi İtaliya), "Hoffenhaym", "Herta", "Ştutqart", "Mayns", "Köln" (hamısı Almaniya), "Reyncers" (Şotlandiya), "Başakşəhər" (Türkiyə), "Spartak" (Rusiya), "Nitsa", "Renn", "Sent Etyenn", "Bordo" (hamısı Fransa), "Metallist" (Ukrayna) kimi tanınmış klubları arxada qoyub.

Ölkəmizin ikincisi "Neftçi"dir. Bakılılar  11,750 xalla 228-ci yerə şərikdir. Təmsilçimiz Tbilisi "Dinamo"su (Gürcüstan) ilə eyni nəticəyə malikdir. 343-cü yeri "Fola" (Lüksemburq) ilə bölüşən "Qəbələ"nin 7,750 xalı var.

Qeyd edək ki, ölkəmizin digər təmsilçiləri 387-94-cü yerlərdə qərarlaşan "Keşlə", "Kəpəz", "Zirə", AZAL, "Sumqayıt", "Bakı", "Xəzər Lənkəran" və "Səbail"dir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.