İdman

22 yaşında karyerasını bitirə bilər - “Barselona”nın futbolçusu

19 Dekabr 2020 14:49
Baxış: 986
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Barselona" klubunun müdafiəçisi Mussa Vaqe karyerasını bitirə bilər.

Milli.Az apasport.az-a istinadla bildirir ki, hazırda icarə əsasında PAOK-da çıxış edən 22 yaşlı sağ cinah oyunçusu Yunanıstan çempionatında "Aris"lə görüşdə zədələnib.

Komandanın 0:1 hesabı ilə məğlub olduğu matçda qapıya gedən topu çıxarmaq istəyən Seneqal millisinin üzvü dirəyə çırpılıb. Tibbi müayinə zamanı onun dizindəki yan, arxa və ön çarpaz bağlarında qopma aşkarlanıb. Bu ağır xəsarətdən sonra həkimlər Vaqenin karyerasını bitirmə ehtimalının olduğunu bildiriblər. Futbolçu Barselonada əməliyyat olunacaq.

Qeyd edək ki, Mussa Vaqe bu mövsüm Yunanıstan Super Liqasında 7 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.