Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir.
Milli.Az apasport.az-a istinadla bildirir ki, bu gün 57, 70, 74, 92 və 125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər xalça üzərinə çıxıb.
Azərbaycan güləşçisi Əhmədnəbi Qvarzatilov 1/8 finaldan mübarizəyə başlayıb. 61 kq çəki dərəcəsində çıxış edən güləşçimizin ilk rəqibi Fransa ermənisi Arman Eloyan olub.
Dünya Kubokuna uğurla başlayan təmsilçimiz erməni rəqibini 9:5 hesabı ilə məğlub edib. Bununla da Əhmədnəbi 1/4 finala yüksəlib. Erməni isə medal qazanmaq üçün Azərbaycan idmançısına azarkeşlik etməlidir. Çünki təmsilçimiz finala yüksəlsə, Eloyan təsəlliverici mərhələdə güləşmək hüququ qazanacaq.
Qeyd edək ki, 1/4 və 1/2 final mərhələsi bu gün, həlledici qarşılaşmalar sabah baş tutacaq.
Milli.Az