İdman

“Beşiktaş” daha bir İstanbul klubunu məğlub edib

5 Dekabr 2020 09:00
Baxış: 1 174
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 4-da futbol üzrə Türkiyə çempionatının XI turunun birinci gününün qarşılaşmasında "Beşiktaş" doğma meydanda "Kasımpaşa"nı qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, gərgin keçən görüşdə meydan sahibləri rəqibin qapısından üç cavabsız qol keçiriblər. "Beşiktaş"ın qollarını Bernard Mensah (45), Atiba Hatçinson (69) və Vinsent Abubakar (75) vurublar.

Beləliklə, "Beşiktaş" ötən həftə səfərdə əzəli rəqibi "Fənərbağça"nı məğlub etdikdən sonra daha bir İstanbul klubu üzərində qələbə qazanıb.

Hazırda turnir cədvəlinə 23 xalla "Alanyaspor" başçılıq edir, 20 xalı olan "Qalatasaray" ikinci, eyni xala malik "Fənərbağça" isə üçüncü pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.