İdman

Neymar Avropa Liqasını aşağıladı

3 Dekabr 2020 18:28
Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün qrup mərhələsinin V turunun oyunları keçiriləcək Avropa Liqası növbəti dəfə aşağılanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, əksər aparıcı klubların barmaqarası yanaşdığı turnirə Neymar da yaxşı baxmır.

Çempionlar Liqasında mübarizə aparan PSJ-nin VI tur ərəfəsindəki perspektivini dəyərləndirən braziliyalı hücumçu 3-cü yerin sahibi kimi Avropa Liqasına yuvarlanmağı özünə sığışdırmadığını gizlətməyib: "Mən PSJ-yə ona görə gəlməmişəm ki, Avropa Liqasında oynayım".

Qeyd edək ki, H qrupunda son tur öncəsi üç komanda - "Mançester Yunayted", PSJ və "Leypsiq"in 9 xalı var. Son turda "Başakşəhər"lə qarşılaşacaq parislilər 1/8 finala yüksəlmək üçün ən azı 1 xal qazanmalı, ya da uduzsa, digər görüşün heç-heçə bitməməsini arzulamalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.