Bu gün Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçiriləcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxacaq. Ağdam klubu İstanbulda Təl-Əviv "Makkabi"sini qəbul edəcək.
Qurban Qurbanovun komandası pley-offa vəsiqə şansını itirsə də, İsraildə 0:1 hesabı ilə uduzduğu rəqibi ilə görüşdə qələbə əhəmiyyətlidir.
Paralel keçiriləcək qrupun digər oyununda "Sivasspor" "Vilyarreal"ı qəbul edəcək.
3 dekabr
Avropa Liqası, 5-ci tur
İ qrupu
21:55. "Qarabağ" (Azərbaycan) - "Makkabi" (Təl-Əviv, İsrail)
Baş hakim: Robert Hennessi (İrlandiya).
İstanbul (Türkiyə). "Başakşəhər Fatih Terim" stadionu.
21:55."Sivasspor" (Türkiyə) - "Vilyarreal" (İspaniya)
Milli.Az