İdman

Mayk Tayson və Roy Cons son döyüşə görə nə qədər qazanıb?

1 Dekabr 2020 19:01
Baxış: 1 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfsanəvi amerikalı boksçuların - Mayk Tayson və Roy Consun noyabrın 28-də keçirilən döyüşə görə aldığı qonorarların məbləği bəlli olub.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Ced Qudman məlumat yayıb.

O, 54 yaşlı Taysonun və 51 yaşlı Consun hərəyə 1 milyon dollar qazandığını bildirib.

Xatırladaq ki, döyüş reqlamentə uyğun olaraq hərəsi 2 dəqiqədən ibarət 8 raund davam edib. Tərəflər qarşılaşmanın heç-heçə bitməsi qərarı ilə razılaşmayıb. Mayk qələbənin onun olduğunu bildirərək rinqi qalmaqallı şəkildə tərk edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.