İdman

Ronaldu Messinin rekorduna şərik oldu

25 Noyabr 2020 17:11
Baxış: 1 081
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilmiş Macarıstan "Ferentsvaroş"u ilə oyun İtaliya çempionu "Yuventus"un hücumçusu Kriştianu Ronaldu üçün əlamətdar olub.

Milli.Az matc.az-a istinadən bildirir ki, komandasının 2:1 hesabıyla qalib gəldiyi matçda portuqal futbolçu turinlilərin ilk qolunun müəllifi olub.

Bununla da o, Çempionlar Liqasında ev oyununda özünün 70-ci qolunu vurub. Ronaldu bu göstərici üzrə "Barselona"nın hücumçusu Lionel Messinin rekorduna şərik olub.
 
"Yuventus" 4 turdan sonra 9 xalla G qrupunda ikincidir. Turin klubu növbəti turda (2 dekabr) Kiyev "Dinamo"su ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.