İdman

“Avropada islamafobiya böyüyür” - Mesut Özil

20 Noyabr 2020 19:34
Baxış: 1 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil Avropada və dünyada İslam dini əleyhinə düşüncələrin böyüməsindən narahatlığını bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, öz Tvitter səhifəsində bu barədə yazan türk əsilli futbolçu bu məsələdə medianı günahlandırıb:

"Təəssüf ki, Avropada və dünyanın digər yerlərində islamofobiya və antiislamizm artmaqdadır. Bunda medianın böyük rolu var.

Bununla bağı şəxsi cavabım odur ki, məsələni şiddətləndirməmək, əksinə xeyirxahlıqla o düşüncədə olanları tərksilah edib susdurmalıyıq".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.