İdman

"Real"a azarkeşlik edən oğlunu "Barselona"da görmək istəyir - Yığmamızın sabiq futbolçusu

17 Noyabr 2020 17:55
Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvatarsxeliya hazırda Rusiyanın "Rubin" klubunda çıxış edən oğlu Xviça Kvatarsxeliya ilə bağlı arzularını bölüşüb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, ölkəmizdə "Şəmkir" və "Kəpəz"in formasını geyinmiş gürcüstanlı mütəxəssis oğlunu "Barselona"da görmək niyyətindədir.

Lakin o, Xviçanın "Real"ı dəstəklədiyini deyib: "Xəyalım oğlumu azarkeşi olduğum "Barselona"da görməkdir. Ancaq Xviça da daxil olmaqla, bütün oğlanlarım "Real"a azarkeşlik edir. Ümumiyyətlə, Xviçanın yaxşı futbol oynaması mənim üçün vacibdir, özünü Avropada sınaya bilər. Onun daim oynayacağı komandaya ehtiyacı var. Avropanın ortabab klubuna da getsə sevinərəm. Ancaq indi Rusiyadakı çıxışından da məmnunam. "Rubin" möhtəşəm klubdur. Bu komanda həmişə ilk "üçlük"də olurdu, Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparırdı".

Qeyd edək ki, Tbilisi "Dinamo"sunun yetirməsi olan Xviça Kvatarsxeliya ötən il "Rubin"ə keçməzdən əvvəl Rusiyada "Lokomotiv"in (Moskva) formasını geyinib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.