İdman

"Barselona" 6 futbolçusunu göndərir

16 Noyabr 2020 18:19
Baxış: 1 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" heyətində böyük dəyişikliyə hazırlaşır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu qışda 6 futbolçusu ilə yolları ayırmağı planlaşdırır. Bunlar Ektor Firpo, Samuel Umtiti, Mateus Fernandes, Martin Braytvayt, Karles Alenya, Rikardo Puçdur.

Baş məşqçi Ronald Kumanın planlarına daxil olmayan Firpo ilə "İnter" və "Napoli" maraqlanır. Umtitinin tezliklə icarəyə veriləcəyi gözlənilir. Fransalı müdafiəçi ilə "Lion" və "Roma" danışıq aparır.

"Barselona" gənc futbolçular Karles Alenya və Rikarod Puçu icarəyə göndərməyə hazırlaşır. Alenya ilə İngiltərə və İtaliya klublarının maraqlandığı, Puçun isə "Portu" və ya "Benfika"ya keçəcəyi bildirlib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.