İdman

Millimizin üzvünün komandasından qələbə

8 Noyabr 2020 13:23
Baxış: 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Premyer Liqasında 9-cu turun oyunları keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, millimizin üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" bu turda doğma meydanda "Lvov"la qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Paşayev bu görüşün iştirakçısı olmayıb. Sarı vərəqə limiti səbəbindən cəzalı duruma düşən  32 yaşlı futbolçunun adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.
 
"Aleksandriya" 9 turdan sonra 13 xalla 14 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.