İdman

"Üfürəndə yıxılanlardan danışın, Keyndən yox" - Mourinyo

6 Noyabr 2020 18:19
Baxış: 1 038
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Davamlı olaraq bizim haqqımızda danışırsız. Niyə ancaq biz?"

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Tottenhem"in baş məşqçisi Joze Mourinyo komandanın hücumçusu Harri Keyni simulyasiyaya görə tənqid edənlərə cavabında deyib.

Portuqaliyalı mütəxəssis "Mirror"a açıqlamasında İngiltərə millisinin üzvünü müdafiə edib, bildirib ki, ona qarşı haqsız fikirlər səsləndirilir: "Brayton"la oyunda Harri Keyn topu saxladı, Adam Lallana ona kobud şəkildə müdaxilə etdi. Nəyə görə Keyn "ağıllıca" özünü yerə atdı deyirsiz? Düzdür, Keyn ağıllıdır, amma ona edilən cərimə idi. Mən cərimə meydançasından kənarda olduğunu düşünürdüm, ancaq hakimlər VAR-a baxıb, penalti təyin etdi. İynələyici sözlərlə niyə Keyni təzyiq altında saxlayırsız?

"Liverpul"dan, "Mançester Siti"dən danışın! Premyer Liqa oyunlarında penalti qazanmaq üçün özünü "ağıllıca" yerə atanlardan danışın, üfürəndə yerə yıxılanlardan danışın, Keyndən danışmayın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.