İdman

Çempionlar Liqasında yeni rekord

4 Noyabr 2020 13:02
Baxış: 1 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında yeni rekord qeydə alınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Bavariya" qrup mərhələsinin 3-cü turunda "Zalsburq"la səfər oyununda (6:2) son 15 dəqiqədə 4 qol vurmaqla bu ilkə imza atıb. Münhen klubunun futbolçuları 79, 83, 88 və 90-cı dəqiqələrdə fərqlənərək hesabı 6:2 ediblər.

Buna qədər heç bir komanda ÇL oyununun son 15 dəqiqəsində bu qədər qol vurmayıb.

Qeyd edək ki, 3 oyunda 3 qələbə qazanan "Bavariya" A qrupunun lideridir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.