İdman

"Qarabağ"ın "Sivasspor"la matçının hakimləri açıqlandı

3 Noyabr 2020 18:34
Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının III turunda keçiriləcək "Sivasspor" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, UEFA Sivasdakı qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadasına həvalə edib.

Görüşdə ədalət təmsilçisi Joao Pineyro olacaq. Ona həmyerliləri Tyaqo Joze Pereyra Kosta və Pedro Ribeyro kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Yanku Yoan Vasilika yerinə yetirəcək.

Hakimlərin işinə bolqarıstanlı hakim-inspektor Georgi Yordanov qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə Nikoloz Jqarkava (Gürcüstan) olacaq.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə 21:55-də başlayacaq. İlk iki turdan sonra hər iki komanda aktivinə xal yazdıra bilməyib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.