İdman

Hakerlər məşhur komandanın transfer pulunu OĞURLADILAR - FOTO

28 Oktyabr 2020 21:30
Baxış: 1 794
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

PSJ-nin 2019-cu ilin yanvarında "Zenit"dən aldığı yarımmüdafiəçi Leandro Paredes üçün "Boka Xuniors"a göndərdiyi həmrəylik ödənişini hakerlər oğurlayıblar.

Milli.Az xəbər verir ki, 519 min avroluq məbləğ Argentina klubunun hesabına köçürülsə də, bir qrup haker tərəfindən mənimsənilib.

Həmrəylik ödənişinin ümumi məbləği 1,5 milyon avrodur. "Boka Xuniors" həmin pulun hamısını artıq alıb. Ancaq oğurlanan 519 min avro ilə bağlı axtarışlar davam edir (apasport.az).

Qeyd edək ki, "Boka Xuniors"un yetirməsi olan Leandro Paredes "Zenit"dən PSJ-yə 40 milyon avroya keçib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.