İdman

Suaresdən hər 54 dəqiqədə 1 qol ötürməsi

20 Oktyabr 2020 19:19
Baxış: 851
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Atletiko"nun futbolçusu Luis Suares "Barselona"dan Madrid təmsilçisinə keçdikdən  sonra uğurlu nəticə göstərməyə davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu çıxdığı 3 matçda 1 qol vurub və 4 qolun ötürməsini verib. Meydanda ümumilikdə 216 dəqiqə keçirən uruqvaylı oyunçu ortalama hər 54 dəqiqədə 1 qolun vurulmasında iştirak edib.

Bundan əlavə Suares Uruqvay millisində 2 matçda iştirak edib və 3 qol vurub (hamısı penaltidən).

Qeyd edək ki, "Atletiko" Suareslə ötən ay 2 illik müqavilə imzalayıb. O, ötən mövsüm La Liqada 36 oyunda 21 qol vurub və 10 qolu ötürməsini verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.