İdman

"Liverpul" "Arsenal"a qalib gəldi, "Fulhem" uduzdu

29 Sentyabr 2020 09:30
Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında 3-cü tura yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. İlk olaraq "Aston Villa" səfərdə "Fulhem"ə 3:0 hesabı ilə qalib gəlib.

Turun son qarşılaşmasında "Liverpul" "Arsenal"ı qəbul edib. Görüş Yurgen Kloppun baş məşqçisi olduğu komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

3 turdan sonra "Lester", "Liverpul", "Everton" hərəyə 9 xalla 1-3-cü pillələri bölüşdürür.

28 sentyabr

"Liverpul" - "Arsenal" - 3:1
Qollar: Lyakazett, 25 (0:1), Mane, 28 (1:1), Robertson, 34 (2:1), Jota, 88 (3:1)

"Fulhem" - "Aston Villa" - 0:3
Qollar: Qriliş, 4, Xurixeyn, 15, Minqs, 48

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.