İdman

Türkiyə klubunun baş məşqçisi istefa verib

12 Sentyabr 2020 13:57
Baxış: 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə klubu "Konyaspor"da baş məşqçi istefası reallaşıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Super Liqa təmsilçisinin çalışdırıcısı Bülənt Qorxmaz istefa verib.

52 yaşlı mütəxəssis Konya klubundan ayrıldığını özü mətbuata açıqlayıb. Qorxmaz buna səbəb kimi, rəhbərliyin ondan icazəsiz hücumçu transfer etməsini göstərib.

Qeyd edək ki, Super Liqanın ilk turunda istirahət edəcək "Konyaspor" 2-ci turda sentyabrın 19-da "Gənclərbirliyi" ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.