İdman

"Neftçi" - "Qalatasaray": Hakim təyinatları

7 Sentyabr 2020 14:58
Baxış: 1 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu üçün hakim təyinatları müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Kevin Klensiyə Devid MakGişi və Qrem Stüart yan xətt, Euan Anderson isə dördüncü hakim qismində kömək edəcək. UEFA nümayəndəsi ukraynalı Svetlana Şkil, hakim-inspektor isə albaniyalı Sokol Jaresi olacaq.

Qeyd edək ki, senyabrın 17-si "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.