"Qarabağ"ın oyunu başqa ölkəyə keçirilsə, nə baş verəcək? - UEFA susur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bakıda keçirilməsi nəzərdə tutulan "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) matçı ilə bağlı məlumatın UEFA-nın rəsmi saytından çıxarılması Azərbaycan futbol ictimaiyyətini narahat etməyə başlayıb. Qarşı tərəf matçın neytral meydanda keçirilməsi ilə bağlı Avropa Ali futbol qurumuna müraciət ünvanlayıb. "Molde" Norveç hökümətinin pandemiya zamanı səyahətlə bağlı müvafiq təlimatlarını UEFA-ya təqdim edib. Norveç çempionu Azərbaycana səfər etdikdən sonra karantinə alınmalı olduğunu əsas gətirərək matçın neytral meydana salınması üçün UEFA-ya "ağız açıb".
Norveç çempionunun baş məqşçisinin "Ümid edirəm ki, "Qarabağ"la oyun neytral meydanda keçiriləcək. "Onda biz bərabər şərtlərdə olardıq" açıqlaması ilə "karantin" iddialarının bəhanədən başqa bir şey olmadığını göstərib.

Milli.Az məsələ ilə bağlı "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxlayıb. Sözçü rəqibin Bakıya gəlmək istəməməyini belə şərh edib:
"Təkcə "Qarabağ"ın oyunu ilə bağlı yox, eləcə də "Omoniya" - "Srvena Zvezda" oyunu ilə bağlı problem var. Oyunun keçiriləcəyi tarix və yer qeyd olunmayıb.
Əgər məsələ Bakıdan qayıdandan sonra ölkələrdə karantində saxlanılmalarıdırsa, sentyabrın 4-ü Millətlər Liqasında Norveçin Avstriyanı qəbul etməsi, "Molde"nin turu keçəcəyi təqdirdə Çempionlar Liqasının pley-off qarşılaşmasında ev-səfər oyunları oynaması o deməkdir ki, nəticədə bir həftə məsafə qalır. Bu zaman da "10 günlük karantin" məsələsi sıradan çıxır. Biz bu müddəları birləşdirərək UEFA-ya müraciət etmişik.
UEFA-nın qərarından sonra şikayət etməyimiz bir şeyi dəyişmir. Çünki UEFA hər iki tərəfi dinləyib, qərar verdikdən sonra şikayət etsək də, nə "Qarabağ", nə "Molde"nin nəticəsinə təsir etməyəcəyini düşünürəm".
Maraqlıdır ki, eyni situasiya ilə qarşılaşan Ukrayna "Dinamo"suna rəqibi "Az-Alkmar"ın Kiyevə uçuşu sarıdan Niderland tərəfindən problem yaradılmayacaq. Bu barədə Niderlandın Səhiyyə, Sosial Təminat və İdman Nazirliyindən açıqlama verilib. Nazirlikdən bildirilib ki, ölkəyə dönüşdə tətbiq edilən 10 günlük karantin tələbi idmançılara şamil olunmayacaq.
Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan "Qarabağ" - "Molde" matçı saat 20:00-a təyin olunub.
Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Norveçin "Molde" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off-da "Dinamo" (Zaqreb, Xorvatiya - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. "Qarabağ" pley-off-a yüksəlsə, ilk oyunu Bakıda keçirəcək.
ÇL-də pley-off mərhələsi bir yox, iki matçdan ibarət olacaq. İlk görüşlər sentyabrın 22-23-də, cavab qarşılaşmaları isə sentyabrın 29-30-da oynanılacaq.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kriştianu Ronaldu: "Messiyə tərcüməçilik edirdim"
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
-
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı
XƏBƏR LENTİ
-
Kriştianu Ronaldu: "Messiyə tərcüməçilik edirdim"
-
"Kişi qadından ancaq namus üstə boşanar" - Hüseyn Məhəmmədoğlu
-
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
-
Sabah Nizami rayonunda qaz kəsiləcək
-
Göygöldə 62 yaşlı kişi ağacdan yıxılaraq ölüb
-
Səbaildə 2 gün su olmayacaq - Xəbərdarlıq
-
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
Vüsal Nəsirli federasiya prezidenti oldu
-
Abbas Muxtarzadəyə vəzifə verildi
-
"Dünyanın ən yaraşıqlı kişisi" türk oldu - (Foto)
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Yalçın Uğur ARB TV ilə yollarını ayırdı - yeni kanalı
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Vahid məktəbli forması ətrafında yaradılan süni ajiotaj - (Video)
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
-
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Sabunçuda psixotrop maddə qəbul edən şagirddən məktəbdə qorxunc əməl
-
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib - (Foto/Video)
-
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
-
Məktəblərdə vahid geyim qaydaları: dünyəvi təhsil, dövlətçilik və milli maraqlar
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Röyanın həmkarına təyyarədə sözləri diqqət çəkdi: "Səni kluba aparacaqdım" - (Video)
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?





