İdman

"Neftçi" - "Qalatasaray" cütünün potensial rəqibi bilindi - YENİLƏNİB

1 Sentyabr 2020 15:14
Baxış: 2 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:14

Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Milli.Az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə təmsilçimiz "Neftçi"nin də potensial rəqibi müəyyənləşib.

"Ağ-qaralar" 2-ci mərhələdəki rəqibi "Qalatasaray"ı (Türkiyə) mübarizədən kənarlaşdırsa, "Renova" (Şimali Makedoniya) - "Hayduk" (Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 24-də keçiriləcək.

----------

12:29

Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkdə təmsilçimiz "Neftçi"nin də potensial rəqibi müəyyənləşəcək.

"Ağ-qaralar" 2-ci mərhələdəki rəqibi "Qalatasaray"ı (Türkiyə) mübarizədən kənarlaşdırsa, püşkdə güclü komandaların yer aldığı səpələnmişlər sırasında olacaq. Bu, İstanbul klubunun yüksək reytinqinə görədir.

"Neftçi" - "Qalatasaray" cütünün potensial rəqibləri

"Sonderyuske"dir (Danimarka)

B-36 (Farer adaları)/TNS (Uels) cütünün qalibi

"Olimpiya" (Sloveniya)/"Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi

"Renova" (Şimali Makedoniya) - "Hayduk" (Xorvatiya) cütünün qalibi

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 24-də keçiriləcək.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.