İdman

Azarkeş sevgisini itirməmək üçün "Yuventus"dan imtina etdi

29 Avqust 2020 14:39
Baxış: 1 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ-nin sabiq futbolçusu Edinson Kavani "Yuventus"a keçməkdən imtina edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi 33 yaşlı hücumçuya transfer təklifi göndərsə də, o, bunu qəbul etməyib. Buna səbəb isə uruqvaylı oyunçunun 2010/13-cü illərdə çıxış etdiyi İtaliyanın digər bir klubu "Napoli"yə bağlı olmasıdır. Onun "Yuventus"a keçməklə "Napoli" azarkeşlərinin sevgisini itirmək istəmədiyi bildirilib.

Xatırladaq ki, E.Kavani bu ilin iyun ayında PSJ ilə başa çatan müqaviləsini yeniləməyərək komandadan ayrılıb.

Qeyd edək ki, E.Kavani "Napoli" forması ilə 138 matça çıxaraq, 104 qol vurmağı bacarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.