İdman

Hiddink yenidən milli komandada

23 Avqust 2020 16:20
Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niderland millisinin sabiq çalışdırıcısı Qus Hiddinkin yeni işi yeri müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssis Kurasao millisini çalışdıracaq. Tərəflər DÇ-2022-yə kimi müqavilə bağlayıblar.

Cəmi 160 min əhalisi olan Kurasao Niderland Krallığını təşkil edən 4 ölkədən biridir. Ölkənin Futbol Federasiyası 2011-ci ildə FİFA-ya üzv olub. Kurasao millisi KONKAKAF konfederasiyasının da üzvüdür.

Xatırladaq ki, Hiddink son olaraq Çinin gənclərdən ibarət yığma komandasını çalışdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.