İdman

Millətlər Liqası ləğv olunmayacaq

19 Avqust 2020 20:45
Baxış: 1 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan milli komandasının da iştirak edəcəyi UEFA Millətlər Liqası ləğv edilməyəcək.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, UEFA dünən gecə və bu gün səhər saatlarında milli federasiyalarla məsləhətləşib və turniri ləğv etməmək barədə qərar qəbul edib.

"Böyük beşlik" ölkələrinin təmsilçilərinin sıx qrafik səbəbindən Millətlər Liqasının oyunlarının 2020-ci ildə keçirilməsini istəmədiyi iddia edilirdi. Bu halda yığmalar bir ildən çox görüş keçirməyəcəkdi. Ancaq əksər federasiyalar bununla razılaşmayıblar. Buna görə də UEFA-nın turniri davam etdirəcəyi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa qarşı keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.