İdman

Yarımfinalda alman-fransız qarşıdurması - ÇL-də ilk

16 Avqust 2020 10:34
Baxış: 1 287
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çempionlar Liqasında yarımfinalçıların müəyyənləşməsi ilə turnirin tarixində bir ilk yaşanıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, adətən ÇL-in favoritlərindən olan İngiltərə, İspaniya və İtaliya klublarından yarımfinala çıxan olmayıb.

Yarış Çempionlar Liqası adı ilə keçiriləndən (1991-1992 mövsümü) bu hal ilk dəfə baş verir.

Final uğrunda mübarizədə iki Almaniya və iki Fransa klubu qarşılaşacaq. Fransanın iki təmsilçisinin yarımfinala çıxması da turnirin tarixində ilkdir.

Yarımfinala yüksələn dörd komandadan üçünün ("Bavariya", "Leyptsiq", PSJ) baş məşqçisinin alman olması da diqqət çəkən məqamdır. "Lion"un çalışdırıcısı Rudi Qarsiya isə fransalıdır.

Yarımfinal cütlükləri

18 avqust

"Leyptsiq" (Almaniya) - PSJ (Fransa)

19 avqust

"Lion" (Fransa) - "Bavariya" (Almaniya)

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.