İdman

Premyer Liqanın ən yaxşı gənc futbolçusu

14 Avqust 2020 19:24
Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında 2019-2020 mövsümünün ən yaxşı gənc futbolçusu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu ada "Liverpul"un müdafiəçisi Trent Aleksandr-Arnold layiq görülüb.

21 yaşlı futbolçu Cek Qriliş ("Aston Villa"), Din Henderson ("Şeffild Yunayted"), Mayson Qrinvud, Markus Reşford ("Mançester Yunayted) və Kristian Puluşiçi ("Çelsi") qabaqlayıb.

Qeyd edək ki, Aleksandr-Arnold Premyer Liqada çempion olduqları mövsümdə 38 oyuna 4 qol vurub və müdafiəçi üçün rekord sayılan 13 məhsuldar ötürmə edib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.