İdman

Premyer Liqada 5 əvəzetmə sayı ləğv edildi

7 Avqust 2020 18:16
Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqası klubları ümumi toplantıda 2020/21 mövsümündə VAR sisteminin tətbiqi və əvəzetmə sayını müzakirə edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, üç əvəzetmədən istifadə qaydasına qayıtmaq barədə qərar qəbul olunub.

Sifariş olunan ehtiyat oyunçuların sayı isə maksimum 7 nəfər ola bilər. Yəni komandalar hər görüşə 18 futbolçu sifariş edəcək.

Əksər iştirakçılar hesab edir ki, koronavirus pandemiyası ilə bağlı fasilədən sonra tətbiq olunan 5 əvəzetmə qaydası böyük klubların işinə yarayır. İclasda həmçinin VAR-dan FİFA qaydalarına tam uyğun şəkildə istifadəsi qərara alınıb.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) 5 əvəzetmə qaydasını tətbiq olunma müddətini növbəti mövsümün sonuna qədər uzatsa da, hər liqa bununla bağlı qərar vermək səlahiyyətlərini saxlayıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.