İdman

Cüneyt Çakır "Barselona"nın oyununa təyinat aldı

6 Avqust 2020 16:35
Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının 1/8 finalında avqustun 8-i keçiriləcək cavab oyunları üçün hakim təyinatları açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Barselona" - "Napoli" görüşünü Türkiyə Futbol Federasiyasından Cüneyt Çakır idarə edəcək. Ona həmyerliləri Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Halil Umut Melter yerinə yetirəcək.

"Bavariya"" - "Çelsi" matçının baş hakimi isə Rumıniya Futbol Federasiyasından Ovidiu Alin Hateqan olacaq.  Köməkçi hakimlər Oktavian Şovre, Sebastian Qeorqe, dördüncü hakim isə Sebastyan Koltesku təyin edilib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.