İdman

Mayk Taysonla döyüşdən qabaq qulaqlarını sığortalamağı planlaşdırır

5 Avqust 2020 20:25
Baxış: 1 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütləq çəkidə keçmiş dünya çempionu Roy Cons Mayk Taysonla döyüşdən qabaq qulaqlarını sığortalamağı planlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə döyüşçünün meneceri Zsolt Barna məlumat verib. Məlumatda bildirilir ki, R.Consun bu qərara gəlməsinə səbəb 1997-ci ilin iyununda Evander Holifildlə döyüşü zamanı M.Taysonun onun qulağını dişləməsi olub.

E.Holifildə qarşı revanş matçında M.Tayson rəqibinin qulağını dişləyərək bir hissəsini qoparıb. Döyüş dayandırılıb və amerikalı ağırçəkili boksçu 3 milyon dollar cərimə edilməklə, həm də diskvalifikasiya olunub.

Əfsanəvi boksçular arasında döyüş sentyabrın 12-nə planlaşdırılıb.

İki amerikalı arasında superfinal Kaliforniyada baş tutacaq. Döyüş 8 raunddan ibarət olacaq.

Əlli üç yaşlı Mayk Tayson karyerası ərzində 58 döyüş keçirib. Onların 50-də qələbə (44-ü nokautla) qazanan dünya şöhrətli boksçu 6 qarşılaşmadan məğlub ayrılıb. Roy Consun hesabında 47-si nokautla olmaqla 66 qələbə var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.