İdman

"Onu transfer etmək istəyən klub müəyyən məbləğ ödəməlidir"

1 Avqust 2020 15:06
Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bayern Münich"in komandadakı gələcəyi müzakirə edilən futbolçusu Tyaqo Alkantara ilə bağlı açıqlama verilib.

Milli.Az sportinfo-ya istinadən xəbər verir ki, klubun Direktorlar Şurasının sədri Karl-Haynts Rummenigge, yarımmüdafiəçinin ayrılığını təsdiqləyib:

"Tyaqo komandadan ayrılmaq istədiyini bildirib, biz də bunu qəbul etməliyik. Müqaviləni yeniləmək üçün onunla görüş də keçirdik.

Alkantara ilə bir illik müqaviləmiz olduğu üçün onu transfer etmək istəyən klub müəyyən məbləğ ödəməli olacaq. Bu məbləğ haqqında danışmaq istəmirəm". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.