"Bournemouth"un müdafiəçisi Natan Ake "Mançester Siti"yə keçmək üzrədir.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Şəhərlilər" 43 milyon avro qarşılığında niderlandlı futbolçunun transferini razılaşdırıb.
Ake 2019-20 mövsümündə Premyer Liqada 29 matçda meydana çıxıb və 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, növbəti mövsüm Bournemouth Çempionşipdə mübarizə aparacaq.
Milli.Az