İdman

"Barselona" - "Napoli" oyunu neytral meydanda keçirilə bilər

30 İyul 2020 17:38
Baxış: 1 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" - "Napoli" cavab matçı neytral meydanda keçirilə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, UEFA İspaniyada koronavirusun yayılması səbəbindən görüşün Barselonada oynanılmamasını düşünür.

Qeyd olunub ki, UEFA Səhiyyə Departamentinə koronavirusla bağlı yaranan vəziyyətlə bağlı müraciət edib. Əgər departament oyunun matç iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu bildirsə, yeni məkan axtarılacaq.

Qarşılaşmanın yeri ilə bağlı yekun qərar həftənin sonuna kimi veriləcək.

Xatırladaq ki, "Barselona" - "Napoli" görüşü avqustun 7-i keçiriləcək. Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.