İdman

David Alaba La Liqaya keçə bilər

30 İyul 2020 17:05
Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bayern Münich"in müdafiəçisi David Alaba karyerasını "Barselona"da davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbolçu karyerasını Kataloniya təmsilçisində sonlandırmaq istəyir.

"Barselona" uzun müddətdir Alabanı transfer etməyə çalışır. Kataloniya klubunun rəhbərliyinin iki ildir bu müqaviləni həyata keçirməyə çalışdığı qeyd olunur. Ancaq 28 yaşlı futbolçunun komandaya keçidi bu yay baş tutmayacaq.

Çünki Alabanın "Bayern" ilə müqaviləsi 2021-də bitir və müdafiəçi azad agent statusu daşıyacaq. Münxen təmsilçisinin avstriyalı oyunçu ilə razılığa gələ bilmədiyi bildirilir.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm "Bayern"də 28 oyun keçirib və 1 qol vurub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.