İdman

Kante A Seriyasına keçir

29 İyul 2020 18:39
Baxış: 1 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante karyerasını İtaliyada davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçu ilə İnter maraqlanır.

Məlumata görə, London klubu da oyunçunun satılmasına müsbət yanaşır. Rəhbərliyin Kante üçün gələn təklifləri dəyərləndirəcəyi bildirilir.

Qeyd edək ki, 29 yaşlı futbolçu cari mövsüm "Çelsi"də 27 oyun keçirib və 3 qol vurub. Onun "zadəganlar"la müqaviləsi 2023-cü ilə qədərdir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.