İdman

"Verona" - "Lasio" oyununda 6 qol vuruldu

27 İyul 2020 07:28
Baxış: 1 175
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə İtaliya çempionatının 36-cı turunda "Verona" "Lasio" komandasına məğlub olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun 5:1 hesabı ilə sona çatıb.

Qolları romalı "Lasio" tərəfindən Sergey Milinkoviç-Saviç (56-cı dəqiqə), Xoakin Korrea (62) və Çiro İmmobile (45+6, penalti; 83; 90+4, penalti), "Verona"dan isə Sofyan Ambarat vurublar.

Turnir cədvəlində "Lasio" 36 oyunda 75 xal toplayaraq dördüncü yerdədir. Daha əvvəl klub çempionlar liqasına keçidinitəmin edə bilib. "Verona" 46 xalla doqquzuncu yerdədir.

Növbəti turda iyulun 29-da "Lasio" "Breşiya", "Verona" isə həmin gün "SPAL" ilə görüşəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.